Bakı şəhərinin Nizami rayonunda “Chevrolet” və “Toyota” markalı iki minik avtomobili toqquşub.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nəticədə “Chevrolet” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Avtomobilin qalan hissəsi və digər avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.