Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Unikal.org xəbər verir ki, hadisə Aeroport yolunun Suraxanı rayonundan keçən hissəsində qeydə alınıb. Belə ki, 141 saylı sərnişin avtobusu idarəetmədən çıxaraq əvvəlcə velosipedçini, sonra isə təxminən 55-60 yaşlı qadını vurub. Nəticədə hər iki şəxs ağır xəsarətlər alıb.

Hadisə yerinə təcili yardım və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.