Ukrayna Xarici İşlər Nazirliyi Gürcüstan Xarici İşlər Nazirliyinə rəsmi nota verib.
Unikal.org “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, buna səbəb Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin Kiyevin razılığı olmadan Qldani həbsxanasındakı xəstəxanaya köçürülməsi olub.
Ukrayna XİN Gürcüstan tərəfini Saakaşvilini təcili olaraq mülki tibb müəssisəsinə köçürməyə çağırıb.
Xatırladaq ki, M. Saakaşvili həbsinə etiraz olaraq oktyabrın 1-də aclıq aksiyasına başlayıb. Onun şəxsi həkimi Nikoloz Kipşidzenin sözlərinə görə, aclıq aksiyasının 39-cu günündə onun vəziyyəti ağırlaşaraq kritik həddə çatdığına görə Qldani həbsxanasının xəstəxanasına aparılmışdı.