Malatyada çökən binanın dağıntıları altından çıxarılan vətəndaşların sayı 14-ə çatıb.
Unikal.org xəbər verir ki, bunu Malatyanın bələdiyyə başçısı Səlahəttin Gürkan bildirib.
O, xilas edilənlərin həyatlarına hər hansı təhlükənin olmadığını bildirib.
***18:32
Türkiyənin Malatya şəhərində bina çöküb.
Unikal.org xəbər verir ki, dağıntılar altından 8 nəfər yaralı halda çıxarılıb. Məlumata görə, hələ də dağıntılar altında qalanlar var.
İnönü küçəsində yerləşən binanın naməlum səbəbdən uçduğu deyilir.
Hadisə yerinə çoxlu sayda xilasetmə qüvvələri, polis, yanğınsöndürmə briqadaları və təcili tibbi yardım maşınları cəlb edilib.