Gürcüstanın Ukraynadakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Unikal.org xəbər verir ki, bu barədə Ukrayna XİN məlumat yayıb.
Qeyd olunub ki, səfirlə Ukrayna xarici işlər nazirinin müavini Nikolay Toçitsko danışıqlar aparıb. Danışıqlarda Ukrayna vətəndaşı Mixail Saakaşvili ilə bağlı vəziyyətə xüsusi diqqət yetirilib.