Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinə yeni müdir təyin edilib.

Unikal.org-un əldə etdiyi məlumata görə, bununla bağlı Səhiyyə nazirinin birinci müavini, nazir vəzifəsini müvəqqəti icra edən Teymur Musayev əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifəyə Anar İsrafilov təyinat alıb. 

Qeyd edək ki, Teymur Musayev nazirin birinci müavini vəzifəsinə təyin olunmazdan öncə həmin şöbənin müdiri vəzifəsində çalışıb.

Hüseyn İsgəndərov