İrəvanda hökumət binası qarşısında müxalifətin təşkil etdiyi etiraz aksiyasının 16 iştirakçısı saxlanılıb.
Unikal.org xəbər verir ki, onlar polis bölmələrinə aparılıblar.
"Hazırda 16 vətəndaş saxlanılıb", - polisdən bildirilib. Amma nümayişçilərin saxlanılması davam edir.
12:56
Ermənistanda müxalifət Nazirlər Kabineti binası önündə etiraz aksiyası keçirir.
Unikal.org erməni KİV-ə istinadən xəbər verir ki, polis aksiya iştirakçılarına müdaxilə edib və qarşıdurma yaranıb.
Qarşıdurma nəticəsində xəsarət alanların olduğu bildirilir.
Qeyd edək ki, bu gün Ermənistan Nazirlər Kabinetinin iclası keçirilir. Müxalifət isə Gorus-Qafan avtomobil yolunda Azərbaycanın gömrük və sərhəd məntəqələri yerləşdirməsinə etiraz edir.
Gülayə Mecid