Dünyada qaçqın, məcburi köçkün və sığınacaq istəyənlərin sayı 84 milyon nəfərə çatıb.
Unikal.org xəbər verir ki, bu statistika BMT-nin qaçqınlarla bağlı son hesabatında yer alır.
Hesabata görə, ilin əvvəlindən münaqişələrə görə qaçqınların sayı 2 milyon nəfər artıb. Qaçqın və məcburi köçkünlərinin sayının artmasına münaqişələrlə yanaşı iqlim dəyişikliyi və pandemiya da səbəb olub.
Sənədə görə dünyadakı qaçqınların böyük əksəriyyətini suriyalılar, əfqanlar və fələstinlilər təşkil edir. Təxminən 4 milyon Venesuela vətəndaşı ölkələrini tərk etsələr də, heç bir yerdə qaçqın kimi uçota alınmayıblar. Sığınacaq üçün başqa ölkələrə üz tutanların sayı da təxminən o qədərdir. Ümumilikdə, ilin ilk yarısında məcburi köçkünlərin sayında illik əsasda 50%-dək artım qeydə alınıb.
Əfqanıstan, Somali, Konqo, Myanmar və Sudandakı münaqişələr milyonlarla insanın öz evlərini tərk etməsinə səbəb olub.