Almaniyada koronavirusa son bir gündə 50 196 yoluxma qeydə alınıb.

Unikal.org xəbər verir ki, bu, ölkədə pandemiya dövrü üçün rekord göstəricidir. Bir gün əvvəl infeksiya 39 676 nəfərdə aşkar edilib.

Bildirilir ki, bir gündə 235 nəfər koronavirus infeksiyasının təsirindən həyatını itirib. Ümumilikdə, epidemiya başlayandan Almaniyanın 4 894 250 nəfərdə COVID-19 aşkarlanıb, 97 198 xəstə onun nəticələrindən ölüb.

Almaniyanın səhiyyə naziri Yens Şpan ölkədə pandemiyanın dördüncü dalğasının başladığını və bunu “peyvənd olunmamışların pandemiyası” adlandırdığını demişdi. Noyabrın 10-na olan məlumata görə, Almaniyada 56 milyona yaxın vətəndaş COVID-19-a qarşı tam vaksinasiya olunub ki, bu da ümumi əhalinin 67,3 %-ni təşkil edir.