Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimova yeni müavin təyin edilib.

Unikal.org report-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb.

Sərəncama əsasən, Habil Nağıyev Dövlət Xidmətinin maliyyə və maddi-texniki təminat üzrə müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, H.Nağıyev bu təyinata qədər Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Nəzarəti Baş İdarəsinin rəisi vəzifəsində çalışıb.