Türkiyədə daha bir qadın qətli qeydə alınıb.
Unikal.org xəbər verir ki, Ataşehirdə səkidə gedən memar Başak Cengiz Can Göktuğ B.adlı şəxs tərəfindən izlənilib. Daha sonra Can qadına yaxınlaşaraq, üzərində daşıdığı qılıncla ona hücum edib. Başak aldığı qılınc zərbələrindən yerindəcə keçinib.
Hadisə anı müşahidə kameralarına anbaan əks olunub. Qısa zamanda Can Göktuğ B. polis tərəfindən saxlanılıb. Caninin psixi problemləri olduğu bildirilib. O, polislərə ilkin açıqlamasında, "Qadını Samuray qılıncı ilə öldürdüm" deyərək, ifadə verib. Gənc qadının meyiti isə aidiyyatı orqanlara təhvil verilib.
Memar olan Başak nişanlı imiş.Faktla bağlı araşdırma aparılır.