Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında PKK terror təşkilatının Suriya qanadının (YPG) iki üzvünü məhv edib.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir.

Məlumata əsasən, YPG/PKK terrorçuları "Sülh bulağı" antiterror əməliyyatı zonasına girməyə cəhd edərkən məhv ediliblər:

""Sülh bulağı" əməliyyatı zonasında sabitliyin pozulması cəhdinin qarşısı Türkiyə hərbçiləri sayəsində alınıb".