Ekvadorun Quyakil şəhərində yerləşən həbsxanada məhbuslar arasında baş verən toqquşmalar nəticəsində ölənlərin sayı artıb.
Unikal.org-un məlumatına görə, bu barədə Quayas əyalətinin qubernatoru abli Arosemena bildirib.
Onun sözlərinə görə, toqquşmalar nəticəsində ölənlərin sayı 58 nəfərə çatıb: "Hazırda əlimizdə olan məlumatlara görə, 58 məhbus ölüb, 12 məhbus isə yaralanıb və onlara tibbi yardım göstərilir".
Qeyd edək ki, sözügedən həbsxanada toqquşmalar ötən gün axşam saatlarında başlayıb.