Britaniyanın 600 nəfərdən ibarət xüsusi təyinatlı operativ qrupu Ukraynada xidmətə hazırlaşır.

Unikal.org xəbər verir ki, hərbçilərin bölgəyə göndərilməsində məqsəd Rusiyanın mümkün hərbi müdaxiləsinin qarşısını almaqdır.

Xüsusi dəstəyə kəşfiyyatçılar, tibb işçiləri, mühəndislər, rabitəçilər və 400 nəfərədək desantçılar daxildir. Sonuncuların 16-cı hava hücumu bölüyünün üzvləri olduğu bildirlir.