Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 189 nəfər ölüb.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 347 426 nəfər test edilib, onların 21 624-nün koronavirus testi pozitiv nəticə verib, 20 550 nəfər sağalıb.
Nazirlikdən paylaşılan statistikaya görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 118 367 035 peyvənd tətbiq edilib ki, bunun 89,94 faizi birinci, 79,95 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.