Mərakeşin paytaxtı Rabatda ağır zəncirvari qəza olub. 

Unikal.org xəbər verir ki, hadisə Rabat-Kenitra magistral yolunda 28 avtomobilin iştirakı ilə baş verib. Bildirilib ki, zəncirvari yol qəzasında 1 nəfər ölüb, 35 nəfər yaralanıb.

Rəsmilər qəzanın qatı duman səbəbindən baş verdiyini bildirib. 

Hadisə ilə bağlı araşdırma aparılır. 

Ağarza Elçinoğlu