Nəqliyyatda Baş Polis İdarəsinin vəzifəli şəxsi işdən çıxarılıb.

Unikal.org “Qafqazinfo”ya istinadən xəbər verir ki, Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Biləcəri Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Nəcəf Zeynalov işdən azad olunaraq sərəncama göndərilib.

Onun işdə, eyni zamanda xidmətdənkənar yol verdiyi nöqsanlara görə vəzifəsindən azad olunduğu bildirilir.