"Hazırda danışıqlar aparılır. Türkiyə istehsalı olan “Türkovac” vaksininin 3-cü, yəni, kliniki sınaqlar fazasının bir hissəsinin Azərbaycanda həyata keçirilməsi nəzərdə tutulur". 

Bunu Unikal.org-a Səhiyyə nazirinin birinci müavini, nazir vəzifəsini müvəqqəti icra edən Teymur Musayev deyib. 

Nazir əvəzi adıçəkilən peyvəndin Azərbaycanda nə zaman tətbiq olunacağına sualını cavablandırarkən isə hazırda bununla bağlı prosesin davam etdiyini qeyd edib.

Anar Kəlbiyev