Pandemiya ilə bağlı məhdudiyyətlərin tətbiqi ilə əlaqədar Operativ Qərargaha heç bir müraciət edilməyib.

Unikal.org xəbər verir ki, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev deyib.

O bildirib ki, hələ ki belə bir şey nəzərdə tutulmayıb, vəziyyət nəzarət altındadır.

"Hazırda bununla bağlı əlavə tədbirlər düşünülmür", - deyə o bildirib.