Polşa Belarusdan sərhədi keçməyə çalışan miqrantların silahlı ola biləcəyindən ehtiyat edir.
Unikal.org xəbər verir ki, bunu Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski deyib.
"Biz hazır olmalıyıq. Bəzi insanlar bu silahlardan müxtəlif üsullarla Polşa sərhədçilərinə və sərhədi qoruyan əsgərlərə hücum etmək üçün istifadə edə bilərlər. Bu, baş verə biləcək real ssenaridir ", - deyə Yablonski bildirib.
Yablonski qeyd edib ki, Belarus tərəfdən daim atəş səsləri eşidilir:
"Vəziyyət çox gərgindir və hər an pisləşə bilər. Biz gözlənilməz tərəfdaşla üzləşdiyimizi başa düşməliyik. Vəziyyətin çox ciddi gərginləşməsinə hazır olmalıyıq. Bu, artıq Polşanın təhlükəsizliyinə ən ciddi təhdiddir. Mən müharibədən və ya genişmiqyaslı güc tətbiqindən qorxmaq fikrindən uzağam, lakin eskalasiyanı istisna edə bilmərik".
Ağarza Elçinoğlu