"Gələn il nəzərdə tutulan səhiyyə xərcləri müstəqlillik dövrünün ən böyük səhiyyə xərcidir".

Unikal.org xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Onun sözlərinə görə, tibb elminin və elmi tədqiqatların inkişafı üçün nəzərdə tutulan xərclər azdır.

"Təəssüf edirəm ki, İcbari Tibbi Sığorta əməkdaşları burada iştirak etmir. Gələcəkdə onları da müzakirələrə dəvət etmək lazımdır. Zərfdə nəzərdə tutulan xidmətlərin sayı insanlarda narazılıq yaradır. Bu xidmətlərin sayı 2 dəfə artırmaqla insanları məmnun edə bilərik".

Anar Kəlbiyev