Səhiyyə nazirliyinin Tikilməkdə olan Müəssisələrin Müdiriyyətinin direktoru Zahid Qəribov vəzifəsindən azad edilib.

Unikal.org-un əldə etdiyi məlumata görə, bununla bağlı səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Teymur Musayev əmr imzalayıb.

T.Musayevin digər əmri ilə, Z.Qəribovun yerinə Elşad İbrahim oğlu Hacıyev təyin edilib.

Məlumatı səhiyyə nazirliyinin mətbuat xidmətindən Unikal.org-a təsdiqləyiblər.

Hüseyn İsgəndərov