Pakistanın Lahor şəhəri dünyanın ən çirkli şəhəri elan edilib.
Unikal.org xəbər verir ki, şəhər sakinləri kəskin dumanda boğularaq rəsmilərdən tədbir görmələrini xahiş edirlər.
"Biz yalnız dövlətə yalvara bilərik ki, çirklənməyə nəzarət etsinlər. Mən savadlı insan deyiləm, amma oxumuşam ki, Lahor ən pis hava keyfiyyətinə malikdir, ondan sonra Hindistanın Dehli şəhəri gəlir. Belə davam edərsə, öləcəyik", - deyə Səid adlı şəhər sakini deyib.
Ağarza Elçinoğlu