Rusiya Müdafiə Nazirliyi prezident Vladimir Putinin tapşırığı ilə Əfqanıstana humanitar yardım aparıb, həmçinin 380 nəfəri oradan çıxaracaq.
"Unikal" xəbər verir ki, 3 "İl-76" hərbi-nəqliyyat təyyarəsi Kabil hava limanına 108 ton humanitar yardımı çatdırıb.
Bildirilib ki, təyyarə ilə geri qayıdacaq vətəndaşlar arasında ruslardan başqa Belarus, Qırğızıstan, Ermənistan, Ukrayna və Əfqanıstan vətəndaşları da var.
Ağarza Elçinoğlu