Ermənistan parlamentinin iclasında yenidən mübahisə yaşanıb. 

"Unikal" xəbər verir  ki,  müzakirələr zamanı Respublikaçılar Partiyasından Hayk Mamicanyan hazırkı Ədliyyə Nazirliyinin pentensiar müəssisələrində təmir işlərini istehza ilə təqdir edib.  Daha sonra o, Paşinyanın gələcəyinin orada keçəcəyini bildirib:

"Cənab Paşinyan, ədliyyə nazirinizin penitensiar müəssisələrin təmiri təşəbbüsü ilə çıxış etməsi yaxşı haldır, çünki siz gələcəkdə orada olacaqsınız”.

Baş nazir Nikol Paşinyan da çox keçmədən deputata cavab verib:

"Sənə pis xəbərim var. Mən həbsdə olmuşam, özü də Ermənistanda dörd penitensiar müəssisədə olmağı bacarmışam və orada özümü heç pis hiss etməmişəm”.

 Gülayə  Mecid