Ötən gün Gəncə şəhər Ə. Nəvai küçəsində yerləşən fərdi yaşayış evində qaz sızması nəticəsində partlayış hadisəsi baş verib. Partlayış nəticəsində evin müəyyən hissəsi uçub, evdə olan Verdiyeva Sahibə Rasim qızı və oğlu Verdiyev Əli Vahid oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar A. Səhhət adına 1 nömrəli şəhər xəstəxanasına yerləşdiriliblər.

"Unikal" xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhər xəstəxanasında xəsarət alanlara baş çəkib. “Gəncə Şəhər Birləşmiş Xəstəxanaları” PHŞ-nin direktoru Nazim Əhmədov şəhər rəhbərinə hadisə zamanı xəsarət alanların hazırki sağlamlıq durumu barədə mərlumat verib. Niyazi Bayramov onların müalicəsi ilə bağlı zəruri imkanların səfərbər olunması istiqamətində vacib tapşırıqlar verib. Həmçinin, Niyazi Bayramov xəsarət alan şəxslərin ailə üzvləri ilə görüşərək onları narahat edən məsələlərlə maraqlanıb. 

Qeyd edək ki, hazırda, S. Verdiyevanın və oğlu Ə. Verdiyevin vəziyyətləri orta-ağır qiymətləndirilir.