Müxtəlif ölkələrdə internet istifadəçiləri “Facebook”, “Instagram” və “WhatsApp”dan istifadədə problem yaranıb.

"Unikal"-ın “Downdetector” saytına istinadən xəbərinə görə, istifadəçilər şəxsi hesablarına girməyə və xidmətlərdən istifadə etməyə çətinlik çəkirlər.
Problemlə bağlı ilk məlumatlar təxminən 1 saat əvvəl daxil olmağa başlayıb. ABŞ, Almaniya, Niderland, Britaniya, İtaliya, Fransa və Rusiyadakı istifadəçilər daha çox çətinliklə qarşılaşıblar.