Gürcüstanda ötən sutkada daha 1 851 nəfərə koronavirus diaqnozu qoyulub, 55 pasiyent vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 814 097-yə, ölənlərin sayı isə 11 553-ə yüksəlib.
Son 24 saat ərzində 5 530, ümumilikdə isə 755 229 nəfər müalicə olunaraq sağalıb.