Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin sağlamlıq durumu yaxşılaşıb.
“Unikal" xəbər verir ki, bu barədə ona baş çəkən həkim qrupunun üzvləri jurnalistlərə məlumat veriblər.
Həkim Nino Şaraşenidze deyib ki, siyasətçi özünü gümrah hiss edir və fiziki cəhətdən gündən-günə daha da yaxşılaşır. Sabiq dövlət başçısında bəzi nevroloji pozuntular qalmaqdadır və bunun müalicəsi üçün zaman tələb olunur.