"ABŞ-ın Ukraynaya hərbi müşavirlər və texnika göndərilməsi ilə bağlı istənilən qərarı gərginliyi artıracaq".
"Unikal" xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.
O, Ukraynanın Donbasdakı hərəkətlərindən və gücdən istifadə qərarının mümkünlüyündən ciddi narahatlığını bildirib.
Peskov Rusiyanın Ukraynanı işğal etmək planının olmadığını, Ukraynanın Moskva ilə razılaşdırılmış sülh planına qayıtmaqla öz təhlükəsizliyini təmin edə biləcəyini vurğulayıb.
Qeyd edək ki, ötən gün CNN televiziyası Vaşinqtonun Ukraynaya yeni hərbi texnika və məsləhətçilər göndərməyi nəzərdən keçirdiyini açıqlayıb.