Qusarda dislokasiya olunmuş Azərbaycan Ordusunun İkinci Komando Briqadasının beret geyinmə mərasimi keçirilib.
“Unikal” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "Twitter"də məlumat verib.
“Azərbaycan Tapşırıq Qrupu Komandanlığının koordinasiyası ilə təşkilati və təlim-məşq fəaliyyəti başa çatan və Qusar şəhərində dislokasiya olunmuş Azərbaycan Ordusunun İkinci Komando Briqadasının beret geyinmə mərasimi keçirilib”, - məlumatda qeyd olunub.
Azerbaycan Görev Grup Komutanlığı koordinatörlüğünde teşkilat ve eğitim çalışmaları tamamlanan ve Kusar şehrinde konuşlu olan Azerbaycan Ordusunun ikinci Komando Tugayının Bere Takma Töreni icra edildi. 🇹🇷🇦🇿 pic.twitter.com/vzAWrKy3B7
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) November 27, 2021