Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 5 050 yoluxma halı qeydə alınıb, 80 nəfər ölüb.
"Unikal"ın xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 845 643, ölənlərin sayı isə 12 054 nəfərə çatıb. Virusa yoluxanlardan 788 201 nəfərin sağaldığı bildirilir.