"9 noyabr kapitulyasiyasının müəllifi Putindir, bunu etiraf edən də odur. Özlərini savadlı və vətənpərvər hesab edən rusların əsas müzakirəsi budur. Bu sənəd bir il əvvəl dövriyyəyə başladı və bu günə qədər davam edir".
"Unikal" xəbər verir ki, Ermənistanın "Hraparak" qəzeti 9 noyabr kapitulyasiyasının kimin tərəfindən yazıldığını izah edərkən deyib.
"Rusiya prezidentinin mətni niyə yazdığını təhlil etməyə çalışaq. Bunun üçün vəziyyəti təsəvvür edək. Ermənistan Şuşanı itirir, növbə "Stepanakertə" çatır. Mülki əhalinin əksəriyyəti təxliyə edilib, fiziki və mənəvi cəhətdən məğlub olan ordu artıq müqavimət göstərmək iqtidarında deyil. Xüsusən də ona görə ki, ölkənin hərbi-siyasi rəhbərliyi, ümumiyyətlə, buna heç can atmırdı. Rusiya prezidenti isə növbəti dəfə müharibənin dayandırılması təklifi ilə çıxış edir, bunu Nikol və Əliyev qəbul edir", - deyə qəzet yazıb.
Nəşr bildirib ki, Rusiya prezidenti Ermənistanın kapitulyasiya sənədini İlham Əliyevdən icazə alaraq hazırlayıb:
"Məğlub olan tərəfin, Nikolun başqa çarəsi yox idi, çünki onun sözlərinə görə, müharibəni dayandırmaqla 25 min əsgərin həyatını xilas edib. Azərbaycan Prezidenti isə qışda müharibəni davam etdirməyin daha çətin olacağını anlayaraq bunun əleyhinə deyildi. Atəşkəs mətnini tərtib etməyin vaxtı idi. Sizcə, Ermənistan Respublikasının Baş naziri postunu tutan şəxs uduzmuş tərəf kimi hər hansı mətn yaza bilərdimi? Təbii ki, yox. Çünki uduzanlar şərtləri diktə etmirlər. Onun yaza bildiyi yeganə mətn tam kapitulyasiya idi. Beləcə, mətni ya İ.Əliyev ya da Putin yazmalı idi. Azərbaycan prezidentinə qalsaydı, hətta Nikol Paşinyan üçün də qətiyyən məqbul olmayacaq şərtlər irəli sürərdi. Ən sonda "Rus kralı" Əliyevdən tələbləri qəbul edərək Paşinyanın da razılığı ilə mətni tərtib edir. O, yalnız Ermənistanın strateji tərəfdaşı kimi Azərbaycanın bəzi tələblərinin rədd edilməsində Nikola dəstək ola bilərdi".
Ağarza Elçinoğlu