Rusiyada son sutka ərzində daha 32 648 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub, bununla da qonşu ölkədə COVID-19-a yoluxanların sayı 9 636 881 nəfər olub.
"Unikal" xəbər verir ki, son sutka ərzində 1229 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 275 193 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya və Almaniyadan sonra dördüncü yerdə gəlir.