Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 207 nəfər ölüb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 25 216 nəfər COVID-19 infeksiyasına yoluxub, 24 498 nəfər isə sağalıb.