"Koronavirusun yeni ştamının - “omikron”un dünyada yayılmasını dayandıra bilməyəcəyik".
"Unikal" xəbər verir ki, bu barədə Ümumdünya səhiyyə təşkilatının (ÜST) təmsilçiləri veriblər.
ÜST-ün ekspertləri məhdudiyyətlərin tətbiqindən əvvəl hökumətləri riskləri qiymətləndirməyə çağırıblar. Onlar qeyd ediblər ki, məhdudiyyət tədbirləri xaricdən gələn sərnişinlərin səyahətdən əvvəl və ya ölkəyə girişi zamanı müayinəsi, onların karantini və ya COVİD-19 testlərinin istifadəsi vasitəsi ilə aparıla bilər.
ÜST yaşlı və ciddi xəstəliklərin inkişafı riskinə meylli olan insanlara xaricə səfərlərini təxirə salmağı məsləhət görüb. ÜST-ün rəhbəri Tedros Adhan Qebreysus isə “omikron” ştammının aşkarlandığı ölkələri “cəzalandırmamağa” çağırıb. Onun sözlərinə görə, virusla sərt mübarizə tədbirləri əvəzinə, qeyri-bərabərliyi dərinləşdirməmək üçün rasional və mütənasib qaydada hərəkət etmək lazımdır. Koronavirusun yeni ştammının yayılmasının qarşısını almaq üçün isə beynəlxalq sanitariya qaydalarına əməl etmək zəruridir. ÜST-ün rəhbəri “omikron” ştammının tapılması ilə bağlı vaxtında xəbər verən Botsvana və Cənubi Afrika ölkələrinə minnətdarlığını bildirib.