Türkiyənin Qaziantep şəhərində 2 aylıq körpəni döyən ata həbs edilib.
"Unikal" xəbər verir ki, uşağın anasının otağa qoyduğu kameradan körpəni necə şiddətlə döydüyü görülən Yunus Göç ittihamlardan boyun qaçıra bilməyib.
Hadisə zamanı əsəbi olduğunu deyən Y.Göç Cihan adlı körpəsini insanlığa sığışmayacaq dərəcədə döyüb. Hazırda uşaq reanimasiyada müalicə alır.
"Mən yemək verərkən birdən ağlamağa başladı. Əvvəllər heç vaxt zorakılıq etməmişəm. O ağlamağa başlayanda bir anlıq hirslə onu döydüm. Peşmanam, ittihamı qəbul edirəm", - deyə o bildirib.
Cinayətkar uşağa ilk dəfə zor tətbiq etdiyini desə də, anaın şübhələnərək otağa kamera qoyması bunun ilk dəfə baş vermədiyini bir daha sübut edir.
Qeyd edək ki, Y.Göçün həyat yoldaşı Semra Göç də əri tərəfindən dəfələrlə şiddətə məruz qalıb.
Ağarza Elçinoğlu