Efiopiya hökuməti üsyançılara qarşı hücumundan sonra Amhara və Afar əyalətlərində 17 şəhəri geri aldığını açıqlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Baş nazir Abiy Əhməd açıqlama yayıb.
Bundan əlavə, Mezezo, Molale, Şoa Robit və Rasa bölgələri də üsyançılardan təmizlənib.
Bildirək ki, Efiopiya ordusu son həftələrdə hava hücumlarını artırıb və baş nazir Abiy Əhməd üsyançıların irəliləməsindən sonra cəbhəyə yollanıb. Əhməd ordunun yüksək rütbəli komandirləri ilə görüşdən sonra “Müharibə bitdi” deyə ifadə işlədib.