Gürcüstanda ötən sutka ərzində daha 3 731 nəfərə koronavirus diaqnozu qoyulub, 72 pasiyent vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə indiyə qədər COVID-19-a yoluxanların sayı 853 833-ə, ölənlərin sayı isə 12 191-ə yüksəlib.
Son 24 saat ərzində infeksiyadan sağalanların sayı 4 295 nəfər artaraq 796 453 olub.