Ermənistanda son sutkada daha 558 nəfərdə COVID-19 aşkarlanıb.
"Unikal" xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 339 578-ə çatıb.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 21 nəfər artaraq 7 631-ə yüksəlib.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 450 nəfərdir. İndiyədək 318 481 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 12 016 aktiv koronavirus xəstəsi var.