Ukraynanın şərqindəki Donbas bölgəsində rusiyapərəst separatçıların açdığı atəş nəticəsində daha bir Ukrayna əsgəri həlak olub.
"Unikal" xəbər verir ki, bu barəəd Ukrayna Silahlı Qüvvələri açıqlama yayıb. Həmçinin də, açıqlamada dünən separatçıların atəşkəs rejimini 4 dəfə pozduğu paylaşılıb.
Bildirilib ki, separatçılar Donbasın Şumi, Marinka, Avdiviyka və Novotroystke rayonlarında atəş açıblar.