Türkiyənin Maşınqayırma və Kimya Sənayesi çərçivəsində dövlət və özəl sektorun əməkdaşlığı ilə istehsal edilən “ilk milli dəniz topu”nun sınaq atışı uğurla yerinə yetirilib.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Respublikası Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"Dəniz donanmamız bu silah sayəsində daha da gücləndi. 5 fərqli atəş rejimi ilə dəqiqədə 80 atış edə bilir. Satınalmada rast gəlinən yüksək xərclər və gizli embarqolar da keçmişdə qalacaq. Milli dəniz topunun atış məsafəsi 16 kilometrdir", - deyə Ərdoğan bildirib.
Bildirilib ki, sözügedən silah 1 il ərzində hazırlanıb. O, hərbi dəniz donanmalarının mühüm silah sistemlərindən biri olacaq.
Ağarza Elçinoğlu