Hindistanda da koronavirusun yeni ştamı "Omikron" a yoluxma halı qeydə alınıb.
"Unikal" xəbər verir ki, bu barədə Hindistan Səhiyyə Nazirliyi məlumat paylaşıb. "Omikron" variantının Karnataka vilayətində iki nəfərdə aşkar edildiyi bildirilib.
Sözügedən şəxslərin xaricdən gəldiyi qeyd edilsə də, onların hansı ölkədən gəldiyi açıqlanmayıb.