Bu gün İranın 60 şəhərində, o cümlədən Təbrizdə (cənubi Azərbaycan) müəllimlər etiraz aksiyası keçirib.
"Unikal" xəbər verir ki, müəllimlər təhsil sistemindəki nöqsanlar və müəllimlərin maaşlarının artırılmamasına dair etiraz ediblər.
Etirazçı müəllimlər universitet və orta məktəblərdə müəllimlərin maaşlarının onların dərəcəsinə uyğun artırılmasını və həmçinin pensiyaçı müəllimlərin pensiyalarının artırılmasını tələb ediblər.