İsrailin Baş naziri Naftali Bennett ABŞ dövlət katibi Antoni Blinkenlə telefonla danışıb.
"Unikal" xəbər verir ki, Tehran administrasiyasının nüvə proqramı və Vyana danışıqlarının müzakirə edildiyi görüşdə Bennet Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) dərc etdiyi hesabatda İranın Fordodakı nüvə obyektində 20 faiz saf uranı zənginləşdirdiyinə işarə etdiyini bildirib.
"İran nüvə danışıqlarından şantaj taktikası kimi istifadə edir. Böyük dövlətlər buna dərhal danışıqları dayandıraraq, konkret addımlar atmaqla cavab verməlidirlər", - deyə N.Bennett bildirib.
Bennett və Blinken həmçinin yeni növ koronavirusun "Omikron" variantı, İsrailin müdafiə sistemi olan "Dəmir Qübbə" və onların işğal olunmuş Şərqi Qüdsdə hava limanı yaxınlığında tikməyi planlaşdırdığı qeyri-qanuni yaşayış məskəni ilə bağlı məsələləri də müzakirə ediblər.
Ağarza Elçinoğlu