Yaponiyanın cənub-qərbindəki Vakayama prefekturasında 5,4 bal gücündə zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatına görə, yerli vaxtla saat 09:28-də ölkənin cənub-qərbində, Vakayamada 5,4 bal gücündə zəlzələ qeydə alınıb.
Kiisuido boğazında 20 kilometr dərinlikdə olan zəlzələ Mie, Hyoqo, Tokusima və Kaqavada hiss olunub.