Berlində Müdafiə Nazirliyinin həyətində Almaniya kansleri Angela Merkelin səlahiyyət müddətinin başa çatması münasibətilə vida mərasimi keçirilib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, ida tədbirində 200-ə yaxın adam, o cümlədən Merkelin 16 il rəhbərlik etdiyi hökumətlərdə nazir vəzifəsində çalışmış 52 nəfər iştirak edib.
Mərasimdə Angela Merkelin istəyi ilə musiqilər səsləndirilib.
Qeyd edək ki, merkel 2005-ci ildən kansler postunu tuturdu. O, 36 yaşında ikən keçmiş kansler Helmut Kolun formalaşdırdığı Nazirlər Kabinetinin ən gənc naziri olub. 1991-cı ildə qəfil baş verən bu təyinat zamanı Qadınların və gənclərin məsələləri üzrə nazir təyin edilib. "Forbes" jurnalına görə, Merkel 7 il ardıcıl dünyanın 100 ən nüfuzlu xanımları siyahısına başçılıq edib. İxtisasca fizik olan Merkel dəqiq elmlər üzrə ixtisaslaşan ilk dövlət başçısıdır.
Gülayə Mecid