Rusiyada son sutka ərzində daha 32 930 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
"Unikal" xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 9 736 057 nəfərə çatıb.
Son sutka ərzində 1 217 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 278 857 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya və Almaniyadan sonra dördüncü yerdə gəlir.