Meksikada Morelos və Puebla şəhərlərinin sərhəddində yerləşən Popokatepetl vulkanında püskürmə baş verib.
"Unikal" xəbər verir ki, vulkanda baş verən partlayışdan sonra ərazidə 3 zəlzələ qeydə alınıb.
Püskürmə zamanı vulkanı qeyd edən kameralar tərəfindən lentə alınan səmadakı işıq dəstəsi maraq doğurub. Bəziləri bunun sadəcə bir meteorit olduğunu iddia edib, digərləri isə onun axan ulduz olduğunu deyib. Qeydə alınan bu maraqlı işıq klasteri haqqında səlahiyyətlilərdən heç bir məlumat verilməyib.
Qeyd edək ki, Popokatepetl vulkanı 5 452 metr yüksəkliyi ilə Şimali Amerikanın ikinci ən böyük vulkanıdır. Kraterinin diametri 900 metr və dərinliyi 150 metrdir.
Ağarza Elçinoğlu