"Belarus ərazisindən miqrantların hibrid hücumu halında ordu üzərinə düşəni etməyə hazır olacaq".
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Aleksey Reznikov bildirib.
Bundan əvvəl Ukraynanın sərhəd xidməti miqrasiya böhranının qarşısını almaq üçün Ukraynanın Belarusla sərhədində xüsusi sərhəd əməliyyatının başlaması barədə məlumat vermişdi. Təhlükəsizliyi 8 500 hüquq-mühafizə orqanı əməkdaşı təmin edir.
Litva, Latviya və Polşa bu yaxınlarda Yaxın Şərq və Afrikadan Belarusla sərhəddə saxlanılan qeyri-qanuni miqrantların sayının artdığını bildirib. Minsk miqrasiya böhranı yaratmaqda günahlandırılıb. Minsk bəyan edib ki, miqrasiya böhranının təşkilatçıları onlar deyil. Lukaşenko həmçinin qeyd edib ki, Minsk bundan sonra Aİ ölkələrinə qeyri-qanuni miqrant axınının qarşısını almayacaq.
Ağarza Elçinoğlu